"Premyer Liqada ən yaralı yerimiz infrastrukturdur”.
Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib.
O, Azərbaycan çempionatının problemlərinə toxunub:
"Karvan-Yevlax" artıq evdə oynayır, "Turan Tovuz" və "Kəpəz", yəqin ki, yeni mövsümdən öz stadionunda oynayacaq.
Ağsu şəhər stadionu yeni mövsümdən Premyer Liqa səviyyəsinə uyğunlaşdırılacaq. 1-2 komanda burada ev oyunlarını keçirəcək.
"Bayıl Arena" ilə bağlı da məsələ var. AFFA hazırkı mövcud imkanlardan istifadə edərək, Bayıl kompleksini təsis etmək fikrindədir.
Stadion mayda təmirə bağlanacaq. Daha sonra burada uşaq-yeniyetmə futbolçuların yetişdirilməsinə başlanacaq”.

