Ötən il AFFA İcraiyyə Komitəsinin üzvləri Premyer Liqada legioner limitinin ləğvinə qərar verdi.
Əsas məqsəd elitada rəqabətin artırılması, yaxşı əcnəbilərin hesabına səviyyənin yüksəldiməsi idi.
Federasiya mənsublarının məqsədlərinə çatıb-çatmadığını bilmirəm.
Heç məqsədim də bunu müzakirə etmək deyil. Sözümün mustafası başqadır.
Hazırda Premyer Liqada ən çox müzakirə olunan nöqtə hakim qərarlarıdır. Aşağı-yuxarı klubların hamısı idarəçilikdən narazıdır.
Hər tur referilərin verdiyi qərarlar geniş müzakirəyə çıxarılır. Hətta hakimlərimizin liqanın səviyyəsini aşağı saldığını deyənlər də az deyil.
Belə olan halda hakimlərə niyə bu qədər dözürük? Limit ləğv edildi ki keyfiyyətli əcnəbi oyunçular gəlsin.
Hakimlər də əcnəbi niyə olmasın?
Məncə, AFFA bu barədə düşünməlidir. Bu mövsüm sona yaxınlaşır.
Bəlkə də qərar vermək gec olar. Lakin yeni mövsüm üçün indidən işə başlamaq olar.
Ki, Avropadan daha səviyyəli referilər ölkəmizə gəlsin. Premyer Liqanın oyunlarını idarə etmək üçün.
Bəlkə onda hamı tam da olmasa qismən razı qalır. Bir çox dedi-qodular səngiyər/bitər.
XANOĞLAN / SPORTİNFO.AZ

