Premyer Liqada "vuran ayaq" problem: "Bu, bizi çox narahat edir"

Premyer Liqada "vuran ayaq" problem: "Bu, bizi çox narahat edir"

Premyer Liqada daha bir mövsüm sona yaxınlaşır.

26 turdan sonra diqqətçəkən məqam bombardirlər cədvəlində gəlmələrin hegemonluq etməsidir.

Hazırda "Sabah"lı Coy-Lens Mikels 15 qolla ilk sırada yer alır.

Onu 10 qolla digər "Sabah"lı Velko Simiç və "Neftçi"nin hücumçusu Bassala Sambu izləyir.

Ümumiyyətlə, ilk onluqda yalnız bir yerli oyunçu - Toral Bayramov var.

Onun da hesabında cəmi 7 qol var.

Sportinfo.az-a açıqlama verən veteran hücumçu Sənan Qurbanov yuxarıdakı mənzərəni şərh edib:

"Ağrılı mənzərədir. Hər zaman istəmişik ki, siyahıda yerli oyunçular da olsun. Yaxşı legionerlərin gəlməsi də xoşdur.

Açığı, bu gün dünyada hücumçularla bağlı sıxıntı var. Biz də akademiya olaraq hücumçu azlığından narahatıq.

Əcnəbilərin daha çox gəlməsi də yerliləri kölgəyə saldı. Açığı, gələn əcnəbi hücumçulara rəqabətdə yerlilər uduzur".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti