“Beşiktaş”ı görüb gələn azərbaycanlı baş məşqçi: “Bəyəndim”

5 Aprel 21:15 Azərbaycan Futbolu 276
“Beşiktaş”ı görüb gələn azərbaycanlı baş məşqçi: “Bəyəndim”

I Liqada mübarizə aparan "Zaqatala"nın çalışdırıcısı Rüstəm Məmmədov Sportinfo.az-a açıqlama verib.

O, "PRO" kateqoriyalı məşqçi kursları çərçivəsində Türkiyəyəyə etdiyi 6 günlük səfər ilə bağlı fikirlərini bölüşüb:

"6 gün "Başkşehir"in düşərgəsində oldum. Sağ olsunlar yaxşı qarşıladılar, hər cür şərait yaradıldı.

Məşqlərdə iştirak etməyimə icazə verildi. Bütün məşq prosesinin necə keçdiyini nə lazım olduğunu, nə istəyirlər, gələcək planlarının nə olması barədə məlumatlar bölüşdülər.

Çox gözəl şəraitləri, əla idarə heyəti və məşqçilər korpusu var. Ən əsası gözəl planları, ciddi hədəfləri var.

Akademiyalarını yataq otağından meydançalarına qədər görülən işlərlə yerində tanış olmaq fürsəti yaratdılar. Çox gözəl şərait qurulub və istərdim ki, Azərbaycanda da belə şəraitli akademiyalar olsun".

Çalışdırıcı davamında "Beşiktaş"ın futbol akademiyasında olduğunu sözlərinə əlavə edib:

"Bundan başqa "Beşiktaş"ın akademiyasında oldum. Gözəl işlər görülür.

Akademiyalarını çox bəyəndim. Bacarıqlı uşaqları çoxdur.

Planlı şəkildə işlər görülür. Bunun nəticəsində Avropaya neçə-neçə.yetirmələr göndərilib.

Deməli, düzgün iş görüləndə, tələblər yerində olanda, uğurlar da gəlir. Axı niyə bizdə də belə akademiyalar olmasın?

Bizim azərbaycanlı uşaqlar istedadına, bacarığına görə oradakı uşaqlardan geri qalmır.

Amma bir çox klublara və valideynlərə görə həmin uşaqlar futbolsuz qalır. Uşaq məktəbdən məşqə getmir.

Məktəbdə olduğu üçün məşq buraxmır. Burada sistem başqadır. Klubun üzvüsənsə gəlib-getməyin də kluba maraqlıdır.

Eyni vaxtda dərs oxumaq istəyirsənsə get dərsini oxu. Futbolçu kimi qalmaq istəyirsənsə, hər bir şərait yaradılır".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti