Premyer Liqada legioner limitinin ləğvindən təxminən 1 il ötür.
Qərarın ləğv edilməsinə sevinən mütəxəssislər bunu daha çox onunla əsaslandırırdı ki, yerli oyunçular bundan sonra daha çox legioner həyatı yaşayacaq.
Bununla həm də inkişaf edib, milli kmandalara daha faydalı ola biləcəklər.
Limitin olması yerli oyunçuların daha çox qazanmasına və özlərini rahat hiss etməsinə səbəb olur.
Belədə ölkə xaricinə getmək barədə düşünmürlər.
Bunu da həmin mütəxəssislər deyirdi.
Bəs arxada qalan bir ildə vəziyyət necədir?
Milli komandanın son iki görüşündə meydana çıxdığı əsas heyət bəzi sualların cavabıdır.
11 futbolçudan cəmi ikisi - Renat və Anton legioner həyatı yaşayır.
Renat Dadaşov bineyi qədimdən xaricdə oynayır.
Krivotsyuk isə 2018-ci ildən ölkəni tərk edib.
Ehtiyatda olanlar arasında Vüsal İsgəndərli və Cəlal Hüseynov Avropada çıxış edir.
Vüsal 2019-cu ildən, Cəlal 2023-cü ildən vətəndən kənarda top qovur.
Vur-tut 4 legionerimiz var. Onlar da limitin ləğvindən öncə ölkəni tərk edənlərdi.
Bəs limitin ləğvindən sonra yerli oyunçuların ölkə xaricinə kütləvi axını olacaqdı?
Nə oldu? Niyə iddialarınız puç oldu?
Bilirəm, deyəcəksiniz ki, hələ qərardan 1 il ötür
Bu daha böyük yalandır.
Dünənə qədər limitə görə meydanda olanlar bu gün heç kimə lazım deyil.
Bu gün kənarda qalanları sabah hansı ağıllı Avropa klubu heyətinə cəlb edəcək?
Sual ritorikdir.
Futbol azarkeşlərini boş-boş vədlərlə aldatmayın.
Ortaya iş qoyun.
Bacarmırsınızsa, barı susun.
Ki, mikrob fikirlərinizlə sağlam beyinləri də zəhərləmiş olmayasınız.
XANOĞLAN / SPORTİNFO.AZ

