SEVİNDİRİCİ XƏBƏR - Azərbaycanda klublara o qədər pul xərclənəcək ki...

11 Yanvar 2025 09:20 Azərbaycan Futbolu 1 391
SEVİNDİRİCİ XƏBƏR - Azərbaycanda klublara o qədər pul xərclənəcək ki...

AFFA-nın ictimaiyyətə təqdim olunan inkişaf strategiyasının layihəsində nəzərdə tutulan gəlirlər bəlli olub.

Sportinfo.az xəbər verir ki, ekosistem üzrə gəlirlərin 150,6 milyon manat olması planlaşdırılır.

Bunun 115,1 milyonu Premyer Liqa klublarının, 35,5 milyonu AFFA-nın payına düşür.

Gəlirlərin 54,5 milyonu qrantlar hesabına əldə olunacaq. Kommersiya gəlirləri 51,8 milyon təşkil edəcək.

UEFA-nın mükafatları 23 milyona bərabər sayılır. Milli komandaların teleradio yayımı 4,6, oyungünü gəlirləri 2,1 milyon olacağı gözlənilir. Digər gəlirlərin isə 14,6 milyon olması planlaşdırılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı