Millinin sabiq hücumçusunu aşağı liqa klubuna aparan 3000 dollarlıq SƏBƏB

25 Dekabr 2024 23:00 Azərbaycan Futbolu 1 813
Millinin sabiq hücumçusunu aşağı liqa klubuna aparan 3000 dollarlıq SƏBƏB

Albaniya təmsilçisi "Byulis"dən ayrılan Amil Yunanovun karyerasını "Şəfa"da davam etdirəcəyini xəbər vermişdik.

Azərbaycan millisinin sabiq üzvünün İkinci Liqa təmsilçisinə sürpriz keçidi səbəbsiz deyilmiş.

Albaniya klubu icazəsiz Bakıya qayıdan forvardı cəzalandırıb.

Belə ki, yenidən Albaniyaya qaytarılan Yunanova müqaviləyə xitam verilməsi qarşılığında 3000 dollar pul tələb olunub.

Göstərilən məbləği məhz "Şəfa" rəhbərliyi qarşı tərəfə ödəyib.

Futbolçunun aşağı liqa təmsilçisindəki maaşı isə 2500 manat olaraq nəzərdə tutulub.

Tovuz futbolunun yetirməsi olan Amil Yunanov karyerası ərzində “Qəbələ”,”Keşlə”, “Sumqayıt” “Şamaxı”, “Səbail” və “Kəpəz”də çıxış edib.

O, 5 oyunda Azərbaycan millisinin şərəfini qoruyub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı