"Keşlə" qələbə qazandı

13 İyul 2021 21:50 Azərbaycan Futbolu 1 293
"Keşlə" qələbə qazandı

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Sabah” bu gün yoxlama matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi “Keşlə” ilə qarşılaşıb. “Bank Respublika Arena”da keçirilən oyun "Keşlə"nin 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Keşlə” daha əvvəl “Səbail”lə keçirdiyi yoxlama matçında 1:1 hesablı heç-heçə edib. “Zirə” ilə qarşılaşan “Sabah” isə 0:0 hesablı bərabərliyə razılaşıb.

Əlavə edək ki, Konfrans Liqasında 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq "Keşlə"nin bu yarışdakı rəqibi "Soçi"dir. Təmsilçimiz ilk oyununu iyulun 22-si səfərdə keçirəcək. Tərəflər arasında cavab matçı 1 həftə Bakıda olacaq.

13 iyul

19:00. “Sabah” – “Keşlə” - 1:2
Qollar:
Azər Salahlı, 80 (0:1), Slavik Alxasov, 83 (1:1), Rəhman Hacıyev, 90+1 (1:2)
"Bank Respublika Arena"

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır