"Qarabağ"ın rəqibinin səhifəsində iyrənc mənzərə

26 Oktyabr 2023 20:40 Azarkeş 8 645
"Qarabağ"ın rəqibinin səhifəsində iyrənc mənzərə

Avropa Liqasındakı təmsilçimiz "Qarabağ" qrupdakı növbəti matçına hazırlaşır.

Almaniya nəhəngi son 2 gündür sosial şəbəkə hesablarında müxtəlif paylaşımlar etməklə oyuna maraq yaradır.

Postlara rəy yazanların böyük əksəriyyəti azərbaycanlılardır.

Özünü "Qarabağ" azarkeşi kimi göstərən savadsız kütlə təhqiredici ifadələrdən istifadə etməklə rəqibi aşağılamaq niyyəti güdür.

Lakin bu, heç də hamıya aid deyil. Yaranmış mənzərədən utanan həmyerlilərimizin bir qismi səhifədə söyüş yazanlara bunun doğru olmadığını başa salır tərbiyə nümayiş etdirməyə çağırır.

Biabırçı vəziyyətə alman azarkeşlər də sərt reaksiyası verib.

Bu axşam keçiriləcək "Bayer Leverkuzen" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI