HƏYƏCAN SİQNALI: "Bu "Neftçi" ilə Biləcəridən o yana getmək biabırçılıqdır"

29 Noyabr 2022 20:00 Azarkeş 836
HƏYƏCAN SİQNALI: "Bu "Neftçi" ilə Biləcəridən o yana getmək biabırçılıqdır"

"Neftçi" Premyer Liqada növbəti qələbəsini "Səbail" üzərində qazandı - 3:1.

Emin Mahmudovun het-trikinə qonaqlardan Rafael Məhərrəmli bir qolla cavab verə bildi.

Qələbəyə rəğmən, "ağ qaralar"ın göstərdiyi oyun yenə ürəkaçan olmadı.

Müdafiədə ciddi səhvlərlə yadda qalan komandanın, sadəcə bəxti gətirdi ki, Bayıl təmsilçisi ələ düşən fürsətləri boşa verdi.

Təsəvvür edin, "Neftçi" o qədər pis oynayıb ki, qələbə qazandığı oyundan sonra belə fanatları könüldən sevinə, 3 xalın dadını çıxara bilmirlər.

Bunu klubun sosial şəbəkələrdəki aktiv fanatlarının rəylərindən görməmək mümkün deyil. Komandalarının meydandakı mübarizəsindən narazı qalan tərəfdarlar gələcəyə ümidsiz olduqlarını dilə gətiriblər:

"Qələbəyə doyunca sevinə bilmirəm. Oyun yoxdur".

"Müdafiə xəttinə əməlli-başlı əl gəzdirmək lazımdır. Biabırçılıqdır".

"Neftçi" bu oyunla layiq olduğu yerdədir".

"Ya oynamırlar, ya da bacardıqları elə budur. Fəlakət!".

"Klubda radikal dəyişikliklər olmalıdır. Həm ruhən, həm rəhbərlik, həm də oyunçular olaraq".

"Qarabağ"a qarşı bu oyun tərzi ilə böyük hesabla məğlubiyyət qaçılmazdır. Bu "Neftçi" ilə biləcəridən o yana getmək biabırçılıqdır. Müdafiə yox kimidir. Mən şəxsən bu oyuna görə xəcalət çəkdim. "Neftçi" azarkeşlərinə belə rusvayçı oyunla qələbələr lazım deyil. Nə ruh var idi meydanda, nə də keyfiyyət".

"Bu oyunla hansı çempionluğa, hansı Avropa turnirinə ümid edə bilərik? Bu oyunla , ancaq belə rəqibləri uda bilərik. O da zor gücü ilə. Biabırçılıqdır! "Neftçi" azarkeşlərini görün hansı komandalarla oyunda sevinməyə məcbur edirlər".

"Belə mərkəz müdafiəçiləri ilə üçüncü pillədə olmaq normaldır".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti