Türkiyə millisinin Bakıdakı hər iki matçı eyni saatda - AÇ-2020

1 Dekabr 2019 09:00 AÇ-2020 1 046
Türkiyə millisinin Bakıdakı hər iki matçı eyni saatda - AÇ-2020

AVRO-2020-nin A qrupunun Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının başlama saatları müəyyənləşib.

Sportinfo.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk matç iyunun 13-də saat 17:00-da (Mərkəzi Avropa vaxtı ilə saat 15:00-da) Uels və İsveçrə milliləri arasında olacaq.

Türkiyə millisinin iyunun 17-də Uels və iyunun 21-də İsveçrə ilə görüşləri isə saat 20:00-da (Mərkəzi Avropa vaxtı ilə saat 18:00-da) başlanacaq. Hazırda Bakı və Mərkəzi Avropa vaxtları arasında 3 saatlıq fərq mövcuddur. Lakin martın sonlarında bu fərq 2 saata enədək.

A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər 3 oyununu Roma şəhərindəki "Olimpiko" stadionunda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti