"Sevilya" Qarabağ"la oyunöncəsi Okamposu "itirdi"

28 Noyabr 2019 12:42 Avropa Liqası 1 030
"Sevilya" Qarabağ"la oyunöncəsi Okamposu "itirdi"

Bu gün Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində "Qarabağ"ı qəbul edəcək "Sevilya"nın yarımmüdafiəçisi Lukas Okampos cəzalanıb.

Sportinfo.az xəbər verir ki, İspaniya Kral Futbol Federasiyası 25 yaşlı argentinalını 3 oyunluq "istirahət"ə göndərib.

Buna səbəb Primeronun 14-cü turunun "Valyadolid"lə səfər qarşılaşmasında qırmızı vərəqə alan zaman baş hakimi təhqir etməsi olub. Okampos komandasının qarşıdakı turlarda "Leqanes", "Osasuna" və "Vilyareal"la oyunlarını kənardan izləyəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA