"Qarabağ" nə etsin, necə etsin?

28 Noyabr 2019 10:48 Avropa Liqası 1 210
"Qarabağ" nə etsin, necə etsin?

(İlk 2 yazının linki burada - https://www.sportinfo.az/idman_xeberleri/avroliqa/72334.html) https://www.sportinfo.az/idman_xeberleri/avroliqa/72434.html

Əgər Lopeteqi yenə də eksperimental 4-4-2-yə üstünlük verərsə, burada “Qarabağ” üçün həlledici iki məqam olacaq.

Birincisi, Munir və Dabburla (çox güman Çiçarito ehtiyatda qalacaq) mübarizədə iki nominal mərkəz müdafiəçilərimizə dayaq yarımmüdafiəçisi olan Qarayevin kömək etməsi, (Qarayevin mövqeyini isə Almeyda və nadir hallarda Miçel doldurur), ikincisi isə "Sevilya"nın həddindən artıq hücuma meylli cinah müdafiəçilərini cəzalandıra biləcək iti cinahlar.

Belə olan halda, Zubir Posonun əslində hücumçu olub irəli getməsindən çox effektiv şəkildə istifadə edə bilər. Lakin bunun üçün Qurbanov ilk öncə Bakıdakı qarşılaşmada nəzərə almadığı məqamları həll etməlidir. Həmin oyunda "Sevilya"nın çoxluq təşkil etdiyi orta sahədə say üstünlüyü qazanmaqdan ötrü Aylton daha çox sol yarımcinahda başlanğıc mövqeyi tuturdu. Bunun da nəticəsində Poso təkbaşına ilk yarıda 7 xalis qol vəziyyəti yaratmışdı. Andalusiya klubu meydanın ortasındakı basabası keçməyin əvəzinə daima topu sağa - Posoya ötürürdü. Qurbanovun tətbiq edə biləcəyi 4-1-4-1 həm də onunla faydalı ola bilər ki, Medvedevlə Ayltonu daha bir yarımmüdafiəçimiz sığortalaya bilər.

Nəzərə almaq lazımdır ki, "Sevilyanın" “Axil dabanı” hesabı qoruya bilməməsi, sağ cinahından tez-tez əks hücumlardan tutulmasıdır. Lakin "Sevilya"nın "Düdelanj"la oyunda buraxdığı qollarda gördüyümüzi kimi (La Liqadada buraxılan belə qollar bunun "Sevilya"nın zəif tərəfinin olduğunun göstəricisidir) ən zəif damar dinamik mərkəz hücumçüsuna malik rəqibin Lopeteqinin komandasının mərkəz müdafiəçiləri arasına girib təhlükəli vəziyyətlər yaratmasıdır. Bu trend nəinki ikinci heyət mərkəz müdafiəçilərinin, hətta Lopeteqinin Madrid "Real"ında işi zamanı özünü biruzə vərən xüsusiyyətlərdən biridir. Məntiq isə sadədir, Zubir və ya Dani kimi texnikalı oyuncular kəsmə ötürmə ilə "Sevilya"nın mərkəz müdafiəçilərinin arasına və ya arxasına topu atırlar. Bu rola Mahir Emrəli ideal şəkildə uygun gəlir. Geye isə özünün astagəlliyi ilə tamamilə antitezis olardı. Eyni zamanda Emrəli yalancı "9 nömrə" funskiyası ilə rəbiqin cərimə meydançasına Zubir və ya Danini buraxıb, "Sevilya"nı cəzalandıra bilər.

İstənilən halda, oyunun hansısa fazasında Lopeteqi 4-3-3-ə keçəcək. Analoji olaraq, matçın “Qarabağ” üçün çətin keçəcəyi gün kimi aydındır, lakin bu matçda qazanacağımız bir xal bizi "Düdelanj"-APOEL oyununun müqəddəratından asılı etməyəcək.

Həmin matçdan söz düşmüşkən, azarkeşimizi həmin oyunun müqəddəratı da maraqlandırır. Bir tərəfdən, "Düdelanj" APOEL-i Kiprdə sensasiyalı və dramatik şəkildə məğlub edib, sonra isə Ağdam klubuna çox asanlıqla uduzdu. Ağdam klubunun sonradan APOEL ilə ikinci oyundakı aqibəti Lüksemburqdakı matçla bağlı hər hansı proqnoz verməkdə yetərincə qarışıq fikirlər yaradır.

Əvvəla onu deyək ki, "Düdelanj" “Qarabağ” və APOEL kimi hələ də tam olaraq mübarizədədir. APOEL-ə məğlub olmayacağı təqdirdə isə Lüksemburq çempionu pley-off ümidlərini Bakıdakı qarşılaşmaya saxlamış olacaq. Lakin hələ də APOEL - "Sevilya" oyununun nəticəsindən asılı olacağından, "Düdelanj" Kipr çempionunu məğlub etmək istəyəcək. APOEL-in tək üstünlüyü mükəmməl standartlarıdır.

Qurbanovun yetirmələrindən fərqli olaraq, Kipr çempionunun belə desək, "A" variantı yoxdur, komanda nə topa nəzarətdə, nə kəskin əks hücumları ilə seçilir. Alman mütəxəssis Tomas Dollun komandası yalnız epizodik parlaya bilir. Məsələn, “Qarabağ”la Kirpdəki oyunun son 15 dəqiqəsi, və ya "Düdelanj" ilə matçda 0-2 geri düşəndən sonra, ilk yarının son 15 və ikinci hissənin ilk və son 10 dəqiqəsi. Lakin bu parlaq epizodlardan sonra da komanda adətən boşalır.

Bu da Lüksemburq çempionuna qarşıdakı matçda şans verir. Çox güman ki, adı çəkilən boşluğu sığortalamaq üçün APOEL matçın ilk 15 dəqiqəsində rəqibi sıxıb erkən qol vurmağa çalışacaq. Lakin "Düdelanj" bu futbola öyrəşib və əgər APOEL-in ilk sistematik həmləsinin öhdəsindən gələ bilərsə, Kipr çempionunun işi daha çətin olacaq. Bu matçdakı heç-heçə “Qarabağ” üçün optimal olsa da, tək arzuolunmayan ssenari APOEL-in Lüksemburqdan 3 xalla dönməsidir.

Cavid David Zaidov

Londondan xüsusi olaraq Sportinfo.az üçün

Digər Xəbərlər
Xəbər Lenti