"Bizi APOEL və "Qarabağ"a qarşı iki final oyunu gözləyir"

27 Noyabr 2019 15:05 Avropa Liqası 851
"Bizi APOEL və "Qarabağ"a qarşı iki final oyunu gözləyir"

UEFA Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Düdelanj"ın baş məşqçisi Bertran Krasson qarşıdakı oyunlar haqqında danışıb.

Sportinfo.az xəbər verir ki. Lüksemburq klubunun çalışdırıcısı APOEL-lə matçda Kiprdəki nəticəni təkrarlamağa çalışacaqlarını deyib:

"Kipr futbolu inkişafdadı. İlk oyundakı qələbə bizə cəsarət versə də, sonra reallığa döndük. Buna baxmayaraq, yenə komandama güvənirəm. Rəqibin üzərində təzyiqlər var. Bizi APOEL və "Qarabağ"a qarşı iki final oyunu gözləyir. Bu, bizim üçün böyük şansdı. Kiprdəki nəticə təkrarlansa, əla olar".

"Düdelanj" Nikosiyada APOEL üzərində qələbə qazanmışdı - 4:3. Lüksemburq təmsilçisi qrupda son matçını Bakıda "Qarabağ"a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!