"Qarabağ" 7 saatlıq uçuşdan sonra mənzil başına çatdı - FOTO

26 Noyabr 2019 23:17 Avropa Liqası 693
"Qarabağ" 7 saatlıq uçuşdan sonra mənzil başına çatdı - FOTO

Avropa Liqasının qrup mərhələsinin V turunda "Sevilya"nın qonağı olacaq "Qarabağ" artıq İspaniyadadır. Sportinfo.az-ın qafilədə yer alan əməkdaşı xəbər verir ki, komanda 7 saatlıq uçuşdan sonra - bir qədər əvvəl Sevilyaya çatıb.

Azərbaycan çempionunun sabah üçün proqramı məlumdur. Bakı vaxtı ilə saat 21:40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, bundan 20 dəqiqə sonra isə komandanın açıq məşqi olacaq.

Noyabrın 28-də "Xuan Sançes Pisxuan" stadionunda keçiriləcək qarşılaşma 00:00-da başlayacaq. Komandanın ölkəyə dönüşü noyabrın 29-na nəzərdə tutulub. "Qarabağ" həmin gün saat 21:00-da vətənə çatmalıdı.

Digər Xəbərlər
Xəbər Lenti