"Məğlub olsaq, hər şey bitəcək, ona görə..." - MİÇEL

26 Noyabr 2019 12:14 Avropa Liqası 1 211
"Məğlub olsaq, hər şey bitəcək, ona görə..." - MİÇEL

Avroliqanın qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə "Sevilya"nın qonağı olacaq "Qarabağ" İspaniyadan xalla qayıtmağa məcburdur.

Sportinfo.az xəbər verir ki, bunu ölkəsinin mətbuatına açıqlamasında Ağdam klubunun yarımmüdafiəçisi Miçel deyib. 34 yaşlı futbolçu "Ramon Sançes Pisxuan"da oynamağın necə bir zövq olduğunu bildirsə də, səfərdə xal qazanmaq məcburiyyətində olduqlarını dilə gətirib.

"Bizi çox ağır oyun gözləyir. Rəqibin gücü haqda ətraflı danışmağa gərək yoxdur. Üstəlik bu komanda öz evində oynayır. Lakin biz də ispaniyaya gəzməyə yollanmayacağıq. Sona qədər mübarizə aparıb xal qazanmağa çalışacağıq. Çünki səfərdən xalla qayıtamlıyıq. Nəzərə alaq ki, qrupun digər oyununda APOEL "Düdelanj"a qalib gəlsə və biz "Sevilya"ya məğlub olsaq, hər şey bitəcək. Ona görə ən azı 1 xal üçün vuruşacağıq".

"Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA