"Qarabağ" İspaniyada möcüzəyə ümid etsin, yoxsa..?

26 Noyabr 2019 22:35 Avropa Liqası 1 435
"Qarabağ" İspaniyada möcüzəyə ümid etsin, yoxsa..?

“Qarabağ”ın APOEL-in tək effektiv silahı olan standart vəziyyətlərindən, xüsusilə də kornerlerin öhdəsindən 4 ayda baş tutan 4-cü cəhddə də heç cür gələ bilməməyi komandamızın pley-off şansını xeyli azaldıb.

İndi növbəti mərhələyə yüksəlmək üçün qalan iki turda Kipr çempionundan daha çox xal yığmalıyıq. Eyni zamanda, "Düdelanj" da daha bir sensasiya ilə APOEL-i təəccübləndirə bilsə, onlar da mübarizəyə qoşula bilərlər. Açığı, həmyerlilərimiz üçün Lüksemburq çempionunun Kipr çempionunu büdrətməsinə ehtiyac yarana bilər.

Başqa sözlə, biz, hər kəsin düşündüyü kimi, "Sevilya"ya İspaniyada məğlub olsaq və APOEL Lüksemburq səfərindən qələbə ilə dönsə, o zaman sona bir tur qalmış Qurbanovun yetirmələri qrupda qalacaqlar. Müqəddəratımızı öz əlimizə almaq üçünsə bizə bu dəfə başımızdan bir qədər yuxarı tullanıb "Sevilya"dan tarixi xal almağa cəhd etməyimiz lazımdır.

Bildiyiniz kimi, gələn mövsümdən turnirin nüfuzunun artırılması məqsədilə, UEFA Avropa Liqasının qrup mərhələsinə indiki formatda olan 48 klubun əvəzinə, 32 komanda qatılacaq. Komandamızın səviyyəsini nəzərə alsaq, deyə bilərik ki, bu “Qarabağ”ın qrup mərhələsinə vəsiqə qazanmağı yolunda maneə olmayacaq. Lakin belə rahat qruplar birmənalı şəkildə olmayacaq. Nümunə üçün adıçəkilən islahatlardan sonra Çempionlar Liqasının qrup mərhələsinə nəzər salmaq kifayət edir. Qurbanov vaxtilə Çempionlar Liqasına, müvafiq islahatlardan qabağa təsadüf edən son ildə vəsiqə qazana bilmişdi (Həmin mövsümdən sonra UEFA-nın klub reytinqindəki ilk 4 ölkənin 4 klubu qrup mərhələsinə avtomatik vəsiqə qazanmağa başladı, “Qarabağ”ın qrup mərhələsinə yüksəldiyi mövsümdə isə top liqaların avtomatik vəsiqələrinin sayı 11 idi).

SEVİLYA - Əsas heyətə düşmək üçün kastinq

İlk turdakı təhlildə qeyd etdiyimiz kimi, "Sevilya"nın birmənalı prioriteti La Liqa olacaq. Bu mövsüm "nəhəng üçlüy"ün mövqelərini zəiflətməsi nəticəsində, Lopeteqi minimum məqsəd olan Çempionlar Liqası zonası ilə yanaşı, daha da yüksəyə qalxmağa ümid edir və bu, ümidlər əsaslıdır. 14 turdan sonra "Sevilya" Madrid "Atletiko"sunu 2 xal geridə qoyaraq, liderlik edən "Barselona" ilə "Real"dan cəmi 1 xal geridədir.

Tamamilə çempionata fokuslanmaq üçün Lopeteqi "Düdelanj" ilə səfər oyununa APOEL və elə həmin "Düdelanj" ilə ağır keçən ev oyunlarından (müvafiq olaraq 1:0 və 3:0) nəticə çıxararaq, nisbətən güclü heyət çıxardı və Lüksemburq çempionunu asanlıqla 5:2 darmadağın etməklə, qrupdakı ilk yeri sığortalamış oldu.

Oyundan sonra Lopeteqinin verdiyi açıq mesaj ondan ibarət idi ki, yerdə qalan iki qarşılaşmada o, qəti olaraq ikinci heyətə və ya özünün dediyi kimi əsas heyət qrupuna düşməyən oyunçulara üstünlük verəcək. Buna tam şəkildə baş məşqçinin gözləri qarşısında özünü göstərməyə çalışmaq üçün kastinq fürsəti də demək olmaz, çünki Lopeteqi əsasən rotasiyanı sevməyən məşqçi kimi tanınır.

Lakin Qurbanovun yetirmələri ilə matçlara çıxacaq oyunçular fərqli məqsədlər güdürlər. Çiçarito üçün bu, əsas heyətdə elə də təsirli olmayan Lük De Yongu heyətdən sıxışdırmaq üçün şans olacaq.

Munir El Haddadi isə Andalusiya klubunun Avropa Liqasındakı bombardiri olsa da, hələ ki, açıq şəkildə rəqabətdə veteran Nolitoya uduzur və məhz Nolitonun yaşlı olması, Munirə La Liqanın sıx dekabr - yanvar qrafikində əsas heyət üçün şans verə bilər.

Digər tərəfdən, bu vəziyyət “Qarabağ”la Bakıdakı sağ müdafiəçi kimi oynamış, əslində, hücumçu olan Potso üçün oyun praktikası şansıdır. Beləliklə, "Sevilya"nın təxmini heyətinə keçsək,aşağı, yuxarı, belə hal yaşanacaq.

(ardı olacaq)

Cavid David Zaidov
Londondan xüsusi olaraq Sportinfo.az üçün

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!