"Qarabağ"la oyun öncəsi "Sevilya"da ciddi itki

25 Noyabr 2019 11:15 Avropa Liqası 1 072
"Qarabağ"la oyun öncəsi "Sevilya"da ciddi itki

Avropa Liqasının qrup mərhələsində 5-ci turu çərçivəsinin keçiriləcək "Sevilya" - “Qarabağ” görüşü öncəsi ispanlar şok zədə xəbəri yaşayırlar.

Sportinfo.az xəbər verir ki, La Liqanın 14-cü turunun "Valyadolid"lə səfər oyununda ayaq əzələsi dartılan kapitan Xesus Navasın qarşıdakı matçda meydana çıxmayacağı bildirilir.

34 yaşlı yarımmüdafiəçini 89-cu dəqiqədə əvəzləyən andalusiyalıların baş məşqçisi Xulen Lopetegi qarşılaşmadan sonra verdiyi açıqlamada deyib ki, Navasın zədəsinə konkret müayinədən sonra aydınlıq gələcək, “Qarabağ”la görüşdə meydana çıxıb-çıxmayacağı məlum deyil.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA