Sevilyada qələbəyə görə hərəyə 10 min dollar? - "Qarabağ" təkzib edir

22 Noyabr 2019 16:47 Avropa Liqası 1 234
Sevilyada qələbəyə görə hərəyə 10 min dollar? -

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Sevilya"nın qonağı olacaq. Azərbaycan çempionunun qrupdan çıxmağı böyük ölçüdə İspaniyada keçiriləcək matçın nəticəsindən asılıdır.

Ağdam təmsilçisi ev sahiblərini üstələyib, "Düdelanj"ın da Lüksemğurqda APOEL-i büdrətməsini gözləməlidir ki, ikinci pilləyə qalxsın.

Bu gün sosial şəbəkələrdə yayılan xəbərlərə görə, "Qarabağ" rəhbərliyi futbolçulara böyük mükafat vəd edib. İspaniyada 3 xal əldə olunarsa, əsas heyət üzvlərinin hər birinə 10 min dollar veriləcək.

Sportinfo.az bu məlumatı dəqiqləşdirmək üçün klubun baş meneceri Asif Əsgərova müraciət edib: "Bizdə komanda heç vaxt mükafata görə oyuna çıxmayıb. Və heç vaxt əvvəlcədən futbolçulara "sizə bu qədər mükafat veriləcək" deyilməyib. İndi kim nə yazır və harada yazır - xəbərim yoxdur. Hamısı boş şeylərdir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA