"Qarabağ"la oyundan sonra hər şey özümüzdən asılıdır"

8 Noyabr 2019 12:29 Avropa Liqası 756
"Qarabağ"la oyundan sonra hər şey özümüzdən asılıdır"

“Bizim üçün çox yaxşı qələbədir. Bu qalibiyyətdən sonra irəli baxa bilirik. Hər şey özümüzdən asılıdır”.

Sportinfo.az xəbər verir ki, bunu APOEL-in futbolçusu Musa əl-Tamari UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

22 yaşlı iordaniyalı forvard qrupdan çıxmaq baxımından önəmli nəticəyə imza atdıqlarını vurğulayıb:

“Çox çətin matç olsa da, bacardıq. Bu qələbə qrupdakı vəziyyətimizi yaxşılaşdırdı. Növbəti mərhələyə adlamaq üçün məhsuldarlığımızı daha da artırmalıyıq. Bundan ötrü çox çalışmalıyıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA