"Musaya şans verilsə, "Qarabağ"a ciddi problem yaradacaq"

7 Noyabr 2019 00:28 Avropa Liqası 1 049
"Musaya şans verilsə, "Qarabağ"a ciddi problem yaradacaq"

APOEL-in əfsanəvi futbolçusu Takis Antoniu Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçiriləcək oyunöncəsi məşqçilər korpusuna məsləhət verib.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis baş məşqçi Tomas Dollu müdafiə ilə bağlı doğru seçim etməyə çağırıb.

Antoniu bildirib ki, almaniyalı çalışdırıcı mərkəz müdafiəçisi Praxitelis Vourosa güvənməlidi: "Şəxsən mən Vourosa çox inanıram. Həmçinin Draqan Mixayloviç və Nikolas Yoannu da müdafiədə çıxış etməyə layiqdi. O ki qaldı yarımmüdafiə mövqeyinə, şəxsən mən tək hücumçunun arxasında 3 oyunçuya yer verərdim. Onlardan biri mütləq Alef olmalıdı".

1972-1986-cı illərdə Nikosiya klubunun şərəfini qorumuş Antoniu yarımmüdafiəçi Musa əl-Tamarini də sabah meydanda görmək arzusundadı: "Əl-Tamariyə haqsızlıq edilir. O, Trametsaninin 3-5-2 taktikasında orta sahənin dirəyi idi.

Ancaq nədənsə bu mövsüm uğursuz çıxışlarda onu günahkar bildilər. Tomas Doll sabah Musaya şans versə, o, rəqibə ciddi problem yaradacaq. APOEL-in ən böyük varlığı indi təhlükə altındadı. Bu futbolçu ilə söhbət etmək və onun komandada qalması üçün bir çox işlər görmək lazımdı".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"