"Qarabağ"a qalib gəlməmək intihar olar"

6 Noyabr 2019 13:33 Avropa Liqası 812
"Qarabağ"a qalib gəlməmək intihar olar"

"Son 5 ilin ən gərgin çempionatını izləyirik. Bu mənada APOEL-in Avropa Liqasında uğurlu çıxışı çox vacibdir".

Sportinfo.az xəbər verir ki, bunu APOEL-in sabiq futbolçusu Kostas Malekkos deyib.

48 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında keçmiş komandasının Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçirəcəyi oyuna münasibət bildirib. Son olaraq ötən il ölkəsində "Olimpiakos"u çalışdıran məşqçi qalibiyyətin vacib olduğunu vurğulayıb:

"Qarabağ"la matçda APOEL-i bütün Kipr dəstəkləməlidir. Çünki bu oyun Kiprin Çempionlar Liqasında iki komanda ilə təmsil olunmasına yol aça bilər. APOEL-in Azərbaycanda xal qazandıqdan sonra evdə qalib gəlməməsi intihar olar. "Qarabağ"la oyun təmiz düşüncə və sakit şəkildə qiymətləndiriləcək".

Digər Xəbərlər
Xəbər Lenti