Bu 2 legioner "Qarabağ"a qol vura bilməyəcək

5 Noyabr 2019 23:46 Avropa Liqası 847
Bu 2 legioner "Qarabağ"a qol vura bilməyəcək

Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"la qarşılaşacaq APOEL-in zədəlilərinin son durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi Antonio Yakoliş artıq tam sağalıb. Xorvatiyalı GSP stadionunda baş tutacaq qarşılaşmada məşqçilər korpusunun ixtiyarında olacaq.

İki oyunçu isə Nikosiya klubuna kömək edə bilməyəcək. Uzun müddətdi komandadan ayrı olan argentinalı yarımmüdafiəçi Tomaş de Vinsenti yenə görüşü kənardan izləyəcək.

Həmçinin sloveniyalı hücumçu Roman Bezyakı da növbəti oyuna yetişdirmək mümkün olmayıb. Baş məşqçi Tomas Doll 30 yaşlı forvardın xidmətindən bu dəfə də istifadə edə builməyəcək.

Noyabrın 7-də keçiriləcək APOEL - "Qarabağ" matçı Bakı vaxtı ilə 21:55-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"