APOEL - "Qarabağ" oyununa 600 bilet satılıb - "Sözüm yoxdur"

5 Noyabr 2019 13:55 Avropa Liqası 881
APOEL - "Qarabağ" oyununa 600 bilet satılıb -

APOEL-in mətbuat xidmətinin rəhbəri Nektarios Petevinos azarkeşlərin kluba biganə yanaşması ilə bağlı Kipr mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi bildirib ki, azarkeşlər Avroliqanın qrup mərhələsinin 4-cü turunun "Qarabağ"la görüşünü izləmək üçün fəallıq göstərmirlər.

"APOEL-in azarkeşi olub stadiona gəlməyən özünü klub fanatı adlandıra bilməz. Xüsusən söhbət belə vacib qarşılaşmadan gedirsə. Əgər azarkeşlərimiz komandamızın pley-offda oynamağını istəyirlərsə, o zaman bilet alıb "Qarabağ"la görüşdə APOEL-ə dəstək olmalıdırlar. Bu, çox vacib matçdır. Satışa 8800 bilet çıxarmışıq, ancaq ilkin mərhələdə təxminən 600-ü alınıb. Deyəcək başqa sözüm yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti