Sürücü-müəllim "Qarabağ"a nə edəcək? – VİDEO+FOTOLAR

5 Noyabr 2019 11:15 Avropa Liqası 1 001
Sürücü-müəllim "Qarabağ"a nə edəcək? – VİDEO+FOTOLAR

Avropa Liqasının 4-cü turunda keçiriləcək APOEL – “Qarabağ” oyununu avstriyalı FIFA referisi Manuel Şüttenqruber idarə edəcək. Sportinfo.az xəbər verir ki, 36 yaşlı referi avrokuboklarda ilk dəfə Azərbaycan klubunun oyununu idarə edəcək.

2014-cü ildə FIFA referisi adını qazanan Şüttenqruber 46 beynəlxalq oyun idarə edib. O, bu mövsüm Avropa Liqasının təsnifat mərhələlərində 3, qrupunda isə 1 oyunda baş hakim olub.

46 beynəlxaq görüşdə 6 dəfə 11 metrlik cərimə zərbəsi təyin edib (4-ü ev sahibi, 2-si qonaqlar). 160 dəfə sarı vərəqə ilə futbolçuları cəzalandırıb (71- ev sahibi, 89-u qonaqlar). Referi 8 dəfə futbolçulara qırmızı vərəqə göstərməli olub (3-ü ev sahibi, 5-i qonaqlar).

Manuel Şütenqruber Avstriyanın sürücülük məktəbində işləyir. O, Lints şəhərində fiziki məhdudiyyəti olan insanların maşın sürməsinə kömək edir. Referi A, B, BE və F sürücülük kateqoriyalarının verilməsi üzrə müəllimliklə məşğuldur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA