"Qarabağ": “İnanırıq!”

5 Noyabr 2019 10:05 Avropa Liqası 1 342
"Qarabağ": “İnanırıq!”

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-in qonağı olacaq. Sportinfo.az xəbər verir ki, qarşılaşma Ağdam klubu üçün əhəmiyyətlidir.

Rəqibini 3 xal qabaqlayan Qurban Qurbanovun kollektivi Nikosiyadakı çətin oyunda uduzmamaqla üstünlüyünü qorumuş olacaq. Klubun sosial şəbəkə hesabı futbolçuları motivasiya edəcək paylaşım edib.

Ağdamlıların media xidməti matçın afişasını “İnanırıq!” başlığı ilə paylaşıb. Azarkeşlər dəstək rəyləri yazmaqla komandanın yanında olub. APOEL – “Qarabağ” oyunu noyabrın 7-si Bakı vaxtı ilə 21:55-də Nikosiyada yerləşən GSP stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti