"Qarabağ"ı qəbul edəcək APOEL: "Xahiş edirik ki..."

4 Noyabr 2019 23:02 Avropa Liqası 1 081
"Qarabağ"ı qəbul edəcək APOEL: "Xahiş edirik ki..."

Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"ı qəbul edəcək APOEL azarkeşlərə çağırış edib.

Sportinfo.az xəbər verir ki, kiprlilər həlledici görüşdə dəstəyə ehtiyac duyduqlarını bəyan ediblər.

Bildirilir ki, rəhbərlik tribunaların ağzına qədər dolması üçün hər cür şərait yaradır, həmçinin məşqçi və futbolçu heyəti azarkeşləri məmnun yola salmaq üçün əlindən gələni edəcək.

Hətta ötən tur Bakıdakı qarşılaşmada azərbaycanlıların arenanı doldurmaları da nümunə kimi göstərilib: "Çempionlar Liqasının pley-offunda "Qarabağ"la matçı cəmi 9481 azarkeş izləmişdi. Ancaq azərbaycanlılar APOEL-lə bu mövsüm hər iki ev oyununda 30 min azarkeşin dəstəyi ilə çıxış etdilər. Görəsən, indi "GSP Arena"ya neçə nəfər gələcək? Bu böyük oyunda komandanın azarkeş köməyinə ehtiyacı var.

Rəhbərlik böyük Avropa gecələrini xatırladan "GSP Arena"nı yenidən dirçəltmək üçün azarkeşlərin bu möhtəşəm matçda iştirak etmələrini xahiş edir".

APOEL - "Qarabağ" qarşılaşması noyabrın 7-də baş tutacaq. Oyunun keçiriləcəyi stadion 23 min azarkeş tutumuna malikdi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı