"Qarabağ" üçün 20 mühafizəçi!

4 Noyabr 2019 16:30 Avropa Liqası 1 250
"Qarabağ" üçün 20 mühafizəçi!

"Qarabağ" noyabrın 7-də Avropa Liqasının qrup mərhələsinin oyunları çərçivəsində APOEL ilə qarşılaşacaq. Ağdam təmsilçisi sabah 18:00-da Kiprə yola düşəcək.

Sportinfo.az-ın məlumatına görə, Azərbaycan çempionu Nikosiyada ciddi nəzarət altında olacaq. UEFA-nın tələbiylə təhlükəsizlik tədbirlərini güclənlirən APOEL hava limanından başlayaraq "Qarabağ"ın mühafizəsini təmin edəcək.

Kipr klubu bu məqsədlə 20 nəfərlik təhlükəsizlik əməkdaşını səfərbər edib. Onlar oteldə də "Qarabağ"la bir yerdə qalacaq. Oyunöncəsi son məşqdə isə mühafizəçilərin sayı 2 dəfə artırılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA