“Bakıda qollu gecə kimə nə verdi?"

4 Noyabr 2019 10:10 Avropa Liqası 700
“Bakıda qollu gecə kimə nə verdi?"

“Bakıda qollu gecə kimə nə verdi? Hərəyə 1 xal, bu öz yerində. Bəs turnir cədvəlindəki yer baxımından?“.

Sportinfo.az xəbər verir ki, bu fikirlər sport-fm.com.cy saytında yer alıb. Kiprli həmkarlarımız “Qarabağ“la APOEL arasında rəqabətdən söz açıb. Onlar bu kormandaların Avropa Liqasında qrupdan çıxmaq şanslarını dəyərləndirib:

“APOEL buna qədər hər 2 oyunda uduzmuş, “Qarabağ” bir dəfə 3 xala sevinmişdi. Deməli, qələbə daha çox APOEL-ə lazım idi. Qarşılaşmadan əvvəl Tomas Dollun inamlı danışması daxildəkı vəziyyətin ürəkaçan olmasından çox komandanı oyuna kökləməyə hesablanmışdı.

Əzmkarlıq, istək – bunlar var idi, fikrimcə, 1 xal qazanmağın səbəbi də bu amillər idi. Amma oyun baxımından ürəkaçan bir şey görünmədi. Rəqib xüsusən fasilədən sonra açıq-aşkar üstün təsir bağışlayır, topa nəzarət edirdi. Nəticədə bərabərlik topunu vurmağa nail oldular.

Belə vəziyyətdə 1 xal “Qarabağ”a sərf edirdi. İndi “Sevilya”nın 9, azərbaycanlıların 4, “F91 Düdelanj”ın 3, APOEL-in isə cəmi 1 xalı var. Qarşıda isə daha üç qarşılaşma gözləyir.

Bunun üçün noyabrın 7-də baş tutacaq oyunda nəyin bahasına olur-olsun, qalib gəlmək, “Qarabağ”la xalları bərabərləşdirmək, “F91 Düdelanj”ın növbəti dəfə “Sevilya”ya uduzmasına ümid etmək qalır.

Bəli, bundan sonra qrupdan çıxmaq şansları haqda ağızdolusu danışmaq olar. Hələ ki dəyişən heç nə yoxdur. Xal fərqi də həminki kimidi, turnir cədvəlindəki yer də”.

Digər Xəbərlər
Xəbər Lenti