Tomas Doll: "Diqqətimizi "Qarabağ"la oyuna yönəltməliyik"

3 Noyabr 2019 11:25 Avropa Liqası 699
Tomas Doll: "Diqqətimizi "Qarabağ"la oyuna yönəltməliyik"

"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən APOEL-in baş məşqçisi Tomas Doll Kipr çempionatının 8-ci turunda AEK-lə qarşılaşdığı oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis 0:0 hesabıyla başa çatan oyundan sonra belə deyib:

“Yaxşı oyun göstərdik. Futbolçular bütün gücünü qoydu. İndi daha yaxşı olduğumuzu görə bilərsiniz. Komandadakı inkişafı görürəm. Futbolçuların mübarizəsindən razı qaldım, amma nəticədən məmnun deyiləm.

APOEL və AEK kimi komandaların öndə olduğunu nəzərə alsaq, cəsur futbol baş tutdu. Bütün futbolçular savaşdı. Futbolda dürüst olmaq lazımdı. Hər şeydən narazı olmayın. Cümə axşamı Avropa Liqasında vacib oyunumuz var, diqqətimizi bu oyuna yönəltməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!