Onların son durumu - FOTO

2 Noyabr 2019 09:00 Avropa Liqası 455
Onların son durumu - FOTO

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan APOEL Kipr I Liqasının 8-ci turunda AEK-lə qarşılaşacaq. Sportinfo.az xəbər verir ki, Nikosiya təmsilçisinin zədəli futbolçusu Praxitelis Vourosun geri dönüb. Onun AEK-lə qarşılaşmada oynayacağı gözlənilir.

Bakıda "Qarabağ"la matçda zədələnən 23 yaşlı kiprli müdafiəçi Nikolas İoannu məşqlərə davam edir. Roman Bezyak, Alef dos Santos və Antonio Yakoliş də məşqlərə start verəcək. Onların AEK-lə qarşılaşmada oynayıb-oynamayacağı qeyri-müəyyəndir.

Komandanın aparıcı futbolçusu Tomas De Vinsenti AEK-ə qarşı oynamayacaq. Onun "Qarabağ"la matça yetişəcəyi ehtimalı var. APOEL - "Qarabağ" oyunu noyabrın 7-si Nikosiyadakı GSP stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti