Heç də hamısı "Qarabağ"a qarşı oynamayacaq

31 Oktyabr 2019 10:33 Avropa Liqası 744
Heç də hamısı "Qarabağ"a qarşı oynamayacaq

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi APOEL həftəsonu Kipr çempionatında AEK-lə keçirəcəyi derbinin hazırlıqlarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Tomas Doll həm AEK, həm də gələn həftə "Qarabağ"la keçiriləcək qarşılaşmanı komandası üçün həlledici sayır.

Ancaq Nikosiya təmsilçisi bu qarşılaşmalara heç də tam heyətlə hazırlaşmır. Çünki bir neçə futbolçu zədəli olduğundan, həkim nəzarətindədir. Kipr mətbuatı komandanın zədəlilərinin son durumu barədə məlumat yayıb. Yazılanlardan belə başa düşmək olar ki, APOEL-in zədəlilərinin heç də hamısı "Qarabağ"la qarşılaşmaya yetişməyəcək. Onların sırasına nəzər salaq.

Nikolas Yoannu - "Qarabağ"la Bakıdakı qarşılaşmada zədələnən kapitan bərpa prosesi keçməkdədir. Kipr millisinin üzvünün yaxın günlərdə məşqlərə başlaması gözlənilir.

Praxitelis Vouros - Çempionatda "Nea Salamina" ilə görüşün sonlarında zədələnərək əvəzlənən müdafiəçi sabah kollektivlə birlikdə məşqlərə qoşulacaq.

Antonio Yakoliş - Topuq nahiyəsində zədədən əziyyət çəkən və bu üzdən "Nea Salamina" səfər matçını buraxan xorvatiyalı hücumçunun durumu qeyri-müəyyəndir. Onun həm AEK, həm də "Qarabağ"la qarşılaşmada iştirakı sual altındadır.

Roman Bezyak - Famaqusta səfərinə aparılmayan rusiyalı forvardın dizində ağrıları var. Onun durumuna növbəti tibbi müayinədən sonra aydınlıq gələcək.

Alef dos Santos - "Nea Salamina" ilə oyunun ilk hissəsində zədələnərək fasilədə əvəzlənən braziliyalı yarımmüdafiəçinin durumu hələ də qeyri-müəyyəndi. Zədəsi ciddi deyil, amma xüsusi proqram üzrə hazırlıq keçəcək.

Tomas de Vinsenti - Argentinalı yarımmüdafiəçi AEK-lə qarşılaşmanı da buraxacaq. 30 yaşlı orta sahə oyunçusunun gələn həftənin ilk günündən kollektivə qoşulması gözlənilir. Ancaq "Qarabağ"la görüşə yetişməsi də çətin görünür.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"