Bakıda oteldən başlayan mübahisə! - APOEL-də gərginlik

31 Oktyabr 2019 09:37 Avropa Liqası 710
Bakıda oteldən başlayan mübahisə! - APOEL-də gərginlik

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən APOEL-də komandadaxili gərginlik bitmək bilmir. Kipr mətbuatının yazdığına görə, futbolçuların ardıcıl intizamsız davranışlarından sonra İdarə Heyətinin qərarı baş məşqçi Tomas Dollun ürəyincə olmayıb.

Almaniyalı mütəxəssis ölkə çempionatında "Nea Salamina" ilə qarşılaşmanın ardından məşqçi heyətindən razı qaldığını, əlavə köməkçiyə ehtiyac duymadığını açıqlamışdı.

Onun bu fikirlərinə məhəl qoymayan prezident Prodromos Petrides komandaya köməkçi-məşqçi təyin edib. O, Luk Hacılukası baş məşqçiyə köməkçi vəzifəsinə gətirib.

Bu qərar isə köməkçiyə ehtiyacı olmadığını bildirən Dolla prezident arasında gərginliyə səbəb olub. Çalışdırıcı istefa ərizəsi yazsa da, klubun rəhbəri bu məsələyə bir müddət sonra baxılacağını bildirib.

APOEL Avropa Liqasının qrupunda növbəti oyununu noyabrın 7-də Nikosiyada "Qarabağ"a qarşı keçirəcək. Petrides məhz bu matçı gözləyir.

Nikosiya təmsilçisi mütləq qələbə qazanmalıdır ki, qrupdan çıxmaq şansını artırsın. Əksi olarsa, komandanın qrup ikinciliyi uğrunda mübarizədə şansı minimuma enəcək. Ona görə APOEL-in prezidentinin baş məşqçi haqda yekun qərarına "Qarabağ"la oyunun nəticəsi böyük ölçüdə təsir göstərəcək.

Sportinfo.az-ın məlumatına görə, tərəflər arasında gərginlik Bakı səfəri zamanı yaranıb. Alman mütəxəssis oyunöncəsi son məşqdən otelə qayıdarkən Petrideslə mübahisə edib.

Baş məşqçi bəzi aparıcı futbolçuların davranışından prezidentə şikayətlənərkən, gözləmədiyi cavabı alıb. Rəhbərin ona oyunçularla sərt davranmasını irad tutmasındən xoşlanmayan Doll əsəbi şəkildə stol arxasından qalxıb və söhbəti yarımçıq kəsərək öz otağına yollanıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"