"Qarabağ"ın diqqətinə – Onu bağışladılar!

30 Oktyabr 2019 11:16 Avropa Liqası 952
"Qarabağ"ın diqqətinə – Onu bağışladılar!

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi APOEL-də daha bir futbolçu ilə bağlı qərarını dəyişib. Sportinfo.az-ın Kipr mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Tomas Doll müdafiəçi Joaozinyonu bağışlamaq qərarına gəlib.

Məşqçi korpusu ilə mübahisəyə girişdiyi üçün bir neçə gün əvvəl əsas komandadan uzaqlaşdırılan portuqaliyalı oyunçu ölkə çempionatının geridə qalan turunda "Nea Salamina" ilə matçda iştirak ərizəsinə salınmamışdı.

Lakin almaniyalı mütəxəssis sol cinah müdafiəçisini əfv edib. Klub prezidenti ilə görüşən və bu gündən kollektivə qayıdan Joaozinyo həftəsonu AEK-lə keçiriləcək derbidə iştirak edə biləcək.

Yarımmüdafiəçi Musa el-Tamari də intizamsızlığına görə "Qarabağ"la III tur matçının (2:2) heyətindən çıxarılmış, lakin tezliklə bağışlanılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti