"Hər kəs komandaya necə kömək edəcəyini başa düşməlidir"

30 Oktyabr 2019 09:09 Avropa Liqası 505
"Hər kəs komandaya necə kömək edəcəyini başa düşməlidir"

"İki tam fərqli oyun oldu. "Nea Salamina" bizim üçün hər şeyi çətinləşdirdi" - Sportinfo.az xəbər verir ki, bu açıqlamanı APOEL-in mətbuat xidmətinin rəhbəri Nektarios Petevinos verib.

Kipr çempionatının VII turunda "Nea Salamina" üzərində 3:0 hesablı qələbə qazanan Nikosiya təmsilçisi noyabrın 2-də AEK-i, 7-də isə Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"ı qəbul edəcək.

APOEL rəsmisi yerli mətbuata açıqlamasında hər iki qarşılaşmada azarkeş dəstəyinə ehtiyac duyduqlarını bildirib: "İlk hissə məhsuldar olmadı. Fasilədən sonra da yaxşı başlamadıq.

"Nea Salamina"nın iki real imkanı oldu. Ancaq hesabı açdıqdan sonra vəziyyət lehimizə dəyişdi. Komandadakı taktiki dəyişiklik nəticəyə də təsir etdi. İndi şənbə günü AEK-lə derbi matçımız, gələn həftə isə "Qarabağ"la Avropa Liqasında həlledici görüşümüz olacaq.

Hər kəs komandaya necə kömək edəcəyini başa düşməlidir. Azarkeşlərdən bu iki vacib oyunda dəstək gözləyirik. Meydana necə çıxmağından çox şey asılıdır".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!