"Qarabağ"ın rəqibi "Arsenal"ın siyahısında...

29 Oktyabr 2019 19:22 Avropa Liqası 1 357
"Qarabağ"ın rəqibi "Arsenal"ın siyahısında...

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sevilya" baş məşqçisi Xulen Lopetegini "itirə" bilər.

Sportinfo.az xəbər verir ki, 53 yaşlı mütəxəssis yanvardan etibarən "Arsenal"ı çalışdıra bilər.

London klubunun rəhbərliyi Unay Emeri ilə yolları ayırmaqda israrlıdır. "Topçular"ın qeyri-sabit çıxışı klub rəhbərliyini konkret hərəkətə keçirib. İngilislər ümumilikdə 7 məşqçinin namizədliyini gözdən keçirirlər. Lopetegi ilə yanaşı, Mikel Arteta, Tyerri Anri, Patrik Vyeyra, Massimilano Alleqri, Xorxe Sampaoli və Ralf Ranqnik də real namziədlər sırasında yer alır.

Digər Xəbərlər
Xəbər Lenti