"Qarabağ"ın yolunu gözləyən APOEL-dən darmadağın - VİDEO

29 Oktyabr 2019 00:42 Avropa Liqası 1 480
"Qarabağ"ın yolunu gözləyən APOEL-dən darmadağın -  VİDEO

Kipr çempionatında 7-ci turun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan APOEL də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Nea Salamis”lə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb – 3:0. Qolları Merkis (66), Matiç (70) və Vidiqal (74) rəqib qapısından keçirib.

APOEL bu qələbədən sonra 12 xalla 12 kollektiv arasında 2-ci pillədə qərarlaşıb. Amma bu komandanın üç oyunu da təxirə salınıb.

“Qarabağ” APOEL-ə qarşı ilk oyunu oktyabrın 24-də Bakıda keçirib və 2:2 hesablı heç-heçəyə razılaşıb. Bu komandalar arasındakı ikinci görüş isə noyabrın 7-də Kiprdə baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA