UEFA-dan "Qarabağ" üçün xüsusi TƏHLÜKƏSİZLİK TƏDBİRİ

29 Oktyabr 2019 10:19 Avropa Liqası 1 267
UEFA-dan "Qarabağ" üçün xüsusi TƏHLÜKƏSİZLİK TƏDBİRİ

UEFA "Qarabağ"la bağlı yeni qərar verib. Sportinfo.az-ın məlumatına görə, Avropa futbol qurumu Ağdam klubunun Luksemburqda "Düdulanj"la keçirdiyi oyun zamanı baş verən "dron təxribatı"nı əsas götürüb.

Odur ki, təşkilat "Qarabağ"ın noyabrın 7-də Avropa Liqasının 4-cü turu çərçivəsində APOEL-lə keçirəcəyi səfər oyununu "xüsusi diqqət mərkəzində saxlanması vacib qarşılaşmalar" siyahısına daxil edib.

UEFA bu məqsədlə APOEL-dən Nikosiyadakı görüşün təhlükəsizlik tədbirlərini gücləndirməsini tələb edib.

Digər Xəbərlər
Xəbər Lenti