"Qarabağ"la oyun ərəfəsində cəzalandırıldı

28 Oktyabr 2019 13:56 Avropa Liqası 749
"Qarabağ"la oyun ərəfəsində cəzalandırıldı

Noyabrın 7-də “Qarabağ”la qarşılaşacaq APOEL-də daha bir futbolçu intizamsızlığa görə cəzalanıb.

Sportinfo.az xəbər verir ki, bu dəfə Joazinyo baş məşqçi Tomas Dollun qəzəbinə tuş gəlib. “Qarabağ”la Bakıdakı görüşdə (2:2) zədələnən kapitan Nikolas Yannunu əvəzləməli olan 30 yaşlı portuqaliyalı oyunçu heyətdən kənarlaşdırılıb.

Texniki heyətlə problem yaşadığı üçün cəzalanan Joazinyo bu gün baş tutacaq Kipr çempionatının VII turunda “Nea Salamina” ilə səfər matçına aparılmayıb. Həmçinin zədəlilər - Roman Bezyak, Antonio Yakoliş və Tomas de Vinsenti heyətdə yer almayıblar.

Andre Vidiqal “Qarabağ”la III tur oyunu ərəfəsində intizamsızlığa görə cəzalanıb. Musa Əl-Tamari isə Bakıda matçöncəsi məşqdə start heyətində yer almayacağını biləndən sonra baş məşqçiyə sərt etiraz edib.

Ertəsi gün isə 22 yaşlı iordaniyalı hücumçu komandanın səhər toplantısına qatılmayıb. Bundan hiddətlənən Doll Tamarini heyətdən kənarlaşdırıb. Ancaq Əl-Tamari “Nea Salamina” görüşə aparılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA