Kipr çempionu APOEL Avropa Liqasının 4-cü turunda öz meydanında "Qarabağ"ı məğlub etmək iddiasındadır. APOEL rəhbərliyi bunun üçün hətta müəyyən xərcə düşməyə də hazırdır. Sportinfo.az xəbər verir ki, klub prezidenti Prodromos Petrides Bakıda keçirilən qarşılaşmanı stadiondan izləyənlər arasında olub.
O, oyundan sonra komandanın paltardəyişmə otağına yollanıb. Futbolçularla qısa söhbət edən Petrides qazanılan 1 xala görə onları təbrik edib. Klub prezidenti APOEL-in növbəti mərhələ şanslarını qorumasından məmnun qaldığını bildirib.
Kipr mətbuatının yazdığına görə Petridesin futbolçularından cavab görüşündə qələbə qazanmalarını istəyib. O, bunun üçün əsas heyətdə meydana çıxacaq hər oyunçuya 5000 avro vəd edib.

