APOEL-in kapitanına Bakıda nə olub?

26 Oktyabr 2019 17:42 Avropa Liqası 1 008
APOEL-in kapitanına Bakıda nə olub?

APOEL-in kapitanı Nikolas İoannu Bakıda "Qarabağ"la keçirdikləri Avropa Liqasının qrup mərhələsinin oyununda zədələnib.

Sportinfo.az xəbər verir ki, bu barədə Nikosiya təmsilçisinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nektarios Petevinos açıqlama verib. Klub rəsmisi bildirib ki, 24 yaşlı müdafiəçi topuq nahiyəsindən xəsarət alıb:

"Zərbə qüvvətli olduğu üçün Nikolas güclü ağrı hiss etdi. Oyunu davam etdirməyə çalışsa da, alınmadı. Matçın ertəsi də ağrıları var idi. Zədəsinin ciddilik dərəcəsinə bugünkü məşqdə baxacağıq. Zərbəni topuq nahiyəsindən alıb. Gözləmək lazımdır".

Nikolas Yannu "Qarabağ"la görüşün 29-cu dəqiqəsində hesabın bərabərləşdirilməsində iştirak edib. Standart vəziyyətdən sonra onun başla endirdiyi top Ağdam komandasının futbolçusu Maksim Medvedevə dəyərək, tora daxil olub.

Nəticədə bu, avtoqol kimi qeydə alınıb. Yannu 67-ci dəqiqədə yerini Antonio Yakolişə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA