"Bu nəticə bizim üçün dönüş anı ola bilər"

25 Oktyabr 2019 13:41 Avropa Liqası 786
"Bu nəticə bizim üçün dönüş anı ola bilər"

APOEL-in kapitanı Nikolas Yoannu Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun "Qarabağ"la qarşılaşması barədə Kipr mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı müdafiəçi Bakıdan 1 xalla ayrıldıqlarına görə sevindiyini deyib.

"Zədəm elə də ciddi deyil. Özümü yaxşı hiss edirəm. Oyuna gəlincə, kifayət qədər çətin olacağını bilirdik. Əlimizdən gələni etdik. Qələbə də qazana bilərdik. Lakin düşünürəm ki, səfərdən 1 xalla qayıtmaq da yaxşıdır. Bu nəticə bizim üçün dönüş anı ola bilər".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA