Avropa Liqasında 3-cü turun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, namizədlər siyahısında Nikolas Pepe ("Arsenal"), Rayan Kristi ("Seltik"), Ussama İdrissi (AZ) və Franko Vaskes ("Sevilya") yer alır.
"Arsenal"ın forvardı ilə "Sevilya"nın hücumçusu turu dublla başa vurub. Digər 2-si isə hərəyə 1 dəfə fərqləniblər.
Qalibi UEFA-nın saytında keçirilən səsvermədə azarkeşlər seçəcək.

