Vitse-prezident: "Qarabağ" güclüdür, amma bizdən yaxşı deyil"

25 Oktyabr 2019 10:38 Avropa Liqası 1 344
Vitse-prezident: "Qarabağ" güclüdür, amma bizdən yaxşı deyil"

"Qələbə də qazana bilərdik. Ümid edirəm ki, getdikcə oyunumuzu yaxşılaşdıracağıq. Yüksək keyfiyyətə sahib komandayıq. Bu üzdən ciddi olmalıyıq. Əgər biz ciddiliyi qorusaq, futbolçular meydanda əllərindən gələni edərlər".

Sportinfo.az xəbər verir ki, bunu APOEL-in vitse-prezidenti Haris Fotiu deyib. Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"ın qonağı olan Kipr klubu Bakıdan 2:2 hesablı bərabərliklə ayrılıb.

Oyun barədə yerli mətbuata fikirlərini bildirən vitse-prezident bərabərliyin onların xeyrinə ola biləcəyini düşünür: "Hələ təsnifat mərhələsi zamanı demişdik ki, "Qarabağ" güclü komandadır, amma bizdən daha yaxşı deyil.

Bu gün çətin oldu. Bakıya qələbə qazanmaq üçün gəlmişdik. Amma bu nəticə ilə də futbolçular pley-off mərhələsini öz ayaqlarına gətirdilər. Ümumi görünüş əvvəlki matçlara nisbətən daha yaxşı idi. Hər kəsi bu axşam bizim hiss etdiklərimizi duymağa dəvət edirəm".

Haris Fotiu ikinci hissədə zədələnərək əvəzlənən kapitan Nikolas İoannunu əvəz edəcək oyunçularının olduğunu deyib: "Bizim ehtiyatımızda kifayət qədər səviyyəli futbolçular var və onlar digərlərinin boşluğunu layiqincə dolduracaq gücdədilər. Ümid edirəm ki, Nikolasın durumu ciddi deyil".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA