"Qarabağ" kiprlilərin kapitanını "əlindən aldı"

25 Oktyabr 2019 11:06 Avropa Liqası 1 005
"Qarabağ" kiprlilərin kapitanını "əlindən aldı"

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın qonağı olan APOEL qələbə hesabını qorumamaqla yanaşı, kapitanı Nikolas Yoannunu da itirib. Sportinfo.az xəbər verir ki, müdafiəçi qarşılaşmanın 67-ci dəqiqəsində zədələnərək sıradan çıxıb.

Bu gün Kiprə qayıdan Nikosiya təmsilçisində oyunçunun durumu barədə dəqiq məlumat verilməyib. İlkin diaqnoza görə, əzələ dartılması olub. Bu gün keçiriləcək tibbi müayinədən sonra Yoannunun durumu dəqiqləşəcək.

Əzələ dartılması aşkarlanarsa, futbolçu ən azı 2-3 həftəlik sıradan çıxacaq və belədə "Qarabağ"la cavab görüşünü buraxacaq. "Qarabağ" - APOEL matçı 2:2 hesabı ilə nəticələnib. Komandalar arasında cavab görüşü noyabrın 7-də baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA