"Qələbə hesabını qoruya bilməsək də, qiymətli xal qazandıq"

25 Oktyabr 2019 11:48 Avropa Liqası 931
"Qələbə hesabını qoruya bilməsək də, qiymətli xal qazandıq"

“Qrupdan çıxmaq baxımından önəmli nəticədir. Qarşıda daha 3 oyunumuz var. Növbəti mərhələyə yüksəlmək istəyirik”.

Sportinfo.az xəbər verir ki, bunu APOEL-in futbolçusu Vuros Praksitelis UEFA Avropa Liqasının qrup mərhələsinin III turundan Bakıda “Qarabağ”la 2:2 hesablı heç-heçədən sonra deyib.

24 yaşlı müdafiəçi Ağdam təmsilçisinin futbolçusu Abdullah Zubirlə qarşıdurmasından da danışıb: “Hesabda geri düşsək də, xarakter göstərdik və önə keçməyi bacardıq. Qələbə hesabını qoruya bilməsək də, qiymətli xal qazandıq. Meydanda mütləq qarşıdurmalar olacaq. Zubirə gəlincə, komandama ən yaxşısını vermək istəyirəm.

Heç-heçənin yeni bir başlanğıc olduğunu deyə bilmərik. Çünki komandamız həmişə qələbə üçün oynayır. Bu nəticə çempionatdakı növbəti görüşdən başlayaraq uğurlu çıxış etməyimiz üçün əsas ola bilər”.

Kipr klubu cari qrup mərhələsində ilk xalını 3-cü - "Qarabağ"la dueldə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA