“Qarabağ” APOEL-lə qollu heç-heçəyə razılaşdı - VİDEO

25 Oktyabr 2019 00:10 Avropa Liqası 1 120
“Qarabağ” APOEL-lə qollu heç-heçəyə razılaşdı - VİDEO

Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da bu turnirdə növbəti matçına çıxıb.

Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi doğma meydanda APOEL ilə üz-üzə gəlib. Azərbaycan çempionu bu oyunda ardıcıl ikinci qələbəni qazanmağı hədəfləmişdisə, Kipr təmsilçisi ilk xal və xallarını əldə etmək istəyindəydi.

Çünki APOEL ilk turda Lüksemburq “Düdelanj”ına 3:4, daha sonra İspaniya nəhəngi “Sevilya”ya 0:1 hesabıyla uduzmuşdu. Ağdam klubu isə doğma meydanda “Sevilya”ya uduzmuşdusa (0:3), “Düdelanj” səfərində qalib gəlmişdi – 4:1.

Bu oyun “Qarabağ” üçün təkcə qrupdan çıxmaq yox, həm də bu mövsüm məhz APOEL-dən aldığı ağır məğlubiyyətin qisasını almaq baxımından vacib əhəmiyyət daşıyırdı.

Belə ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Ağdam klubu məhz bu komanda ilə qarşılaşmışdı. Amma səfərdə 2:1 hesablı qələbə qazanan təmsilçimiz Bakıda 0:2 hesabıyla uduzaraq ÇL-dən kənarda qalmışdı.

Bu qarşılaşma daha məhsuldar alınıb. Təmsilçimiz 4 qolun qeydə alındığı qarşılaşmadan heç-heçə ilə ayrılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA