“Qarabağ”ı gözləyən 8 potensial rəqib – Hamısı adlı-sanlı…

23 Fevral 2024 01:30 Avropa Liqası 1 320
“Qarabağ”ı gözləyən 8 potensial rəqib – Hamısı adlı-sanlı…

Fevralın 23-də Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, “pley-off”da “Braqa” (Portuqaliya) səddini adlayaraq tarixində ilk dəfə Avroliqanın 1/8 finalında oynamaq imkanı qazanan “Qarabağ” da püşkatmada təmsil olunacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Bu mərhələdə “pley-off”un qalibləri Avropa Liqasında qrupu birinci yerdə başa vurmuş 8 komandadan biri ilə qarşılaşacaq. Ağdam klubunun potensial rəqibləri sırasında onunla eyni qrupda yarışmış “Bayer” də (Almaniya) var.

Ümumilikdə Azərbaycan təmsilçisinin 8 potensial rəqibi aşağıda adları qeyd olunanlardır:

Avroliqada 1/8 finalın ilk oyunları 7 mart tarixində, cavab görüşləri isə 14 mart tarixində keçiriləcək.

"Atalanta" (İtaliya)
"Bayer" (Almaniya)
"Brayton" (İngiltərə)
"Vest Hem" (İngiltərə)
"Vilyareal" (İspaniya)
"Liverpul" (İngiltərə)
"Reyncers" (Şotlandiya)
"Slaviya" (Çexiya)

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”