"Barsa" Avroliqada güclü rəqibin qismətinə çıxdı - PÜŞK

13 Dekabr 2021 16:30 Avropa Liqası 2 810
"Barsa" Avroliqada güclü rəqibin qismətinə çıxdı - PÜŞK

Sportinfo.az xəbər verir ki, Avropa Liqasında (AL) pley-off mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə qrup ikincisi olmuş 8 klub və Çempionlar Liqası qruplarında 3-cü yeri tutmuş eyni sayda komanda iştirak edib.

Püşkün nəticəsinə əsasən, pley-off cütlükləri məlum olub.

Pley-off mərhələsində ilk görüşlər 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq. Mərhələni adlayanlar Avropa Liqasının 1/8 finalında 8 qrup qalibinə qoşulacaq.

Pley-off mərhələsi

"Sevilya" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

"Atalanta" (İtaliya) - "Olimpiakos" (Yunanıstan)

"Leyptsiq" (Almaniya) - "Real Sosyedad" (İspaniya)

"Barselona" (İspaniya) - "Napoli" (İtaliya)

"Zenit" (Rusiya) - "Betis" (İspaniya)

"Borussiya" (Dortmund, Almaniya) - "Reyncers" (Şotlandiya)

"Şerif" (Moldova) - "Braqa" (Portuqaliya)

"Portu" (Portuqaliya) - "Latsio" (İtaliya)

Digər Xəbərlər
Xəbər Lenti