COP29

"Bu, "Araz Naxçıvan"ın maksimum deyil"

13 Sentyabr 22:15 Araz-Naxçıvan 679
"Bu, "Araz Naxçıvan"ın maksimum deyil"

"Azər Bağırova və "Kəpəz"ə uğurlar arzulayıram. Çətin oyun olacağını gözləyirdik. "Kəpəz" neçə turdur ki, uduzurdu. Nə vaxtsa, bu seriya qırılmalı idi. Uşaqlar sağolsunlar, hamısı sona qədər oynadılar. Birinci hissədə diqtə edirdik, yaxşı hücumlar qurduq, son nöqtəni qoya bilmirdik. Bəxtsizlik var idi. İkinci hissədə eyni başladıq. Dəyişikliklərdən sonra qol vurduq. Qalib gəldik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın məşqçisi Rasim Ramaldanov Premyer Liqanın 6-cı turunun "Kəpəz"lə görüşündən sonra keçirilmiş mətbaut konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb:

- Qələbələrin davamının gəlməsi üçün nə edəcəksiz?

- Biz dayanmalı deyilik. Qələbələr qazansaq da, davam etməliyik. Səhvlərimiz var, onların üzərində işləməliyik. Bir az da yaxşılaşdırmalıyıq. Bu, komandanın piki deyil.

- Avrokuboklar zonasında sona qədər qala biləcəksiz?

- Avrokuboklardan konkret heç nə danışmaq istəmirəm. Amma komandamıza inanırıq. Yaxşı futbolçularımız var. Yaxşı komanda görəcəyik. Qarşıdakı oyunları fikirləşib, hazırlaşırıq.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
12 Oktyabr 08:50 Santuşa Fernandesi verin...